Agentlik barədə

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır. Agentlik fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası elm və təhsil nazirinin əmr və sərəncamlarını, Agentliyin əsasnaməsini rəhbər tutur, dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir və birgə layihələr reallaşdırır.

 

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

• ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;

• peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;

• peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;

• peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;

• qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;

• peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.

Rəhbərlik
management manager image 1
Ceyhun Kərəmov
Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini

1981-ci ildə anadan olmuşdur.
1999-2003-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
2004-2006-cı illərdə ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki Corciya Ştatı Universitetinin Əndryu Young adına siyasət elmləri məktəbində dövlət idarəetməsi üzrə magistr dərəcəsi almışdır. 2018-ci ildə Fransada yerləşən INSEAD biznes məktəbini qlobal biznes idarəçiliyi ixtisası üzrə bitirmişdir. 2016-cı ildə Project Management İnstitute tərəfindən layihələrin idarəedilməsi üzrə peşəkar sertifikasiya (PMP) əldə etmişdir.
Əmək fəaliyyətinə 2002-ci ildən başlamış, beynəlxalq və yerli təşkilatlarda fəaliyyət göstərmişdir. 2003-2004-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə layihəsində çalışmışdır. 2006-2020-ci illərdə BP şirkətinin Azərbaycan nümayəndəliyində müxtəlif ekspert və rəhbər vəzifələrində çalışmışdır. 2007-2010-cu illərdə Xəzər Universitetində, 2018-ci ildən isə Bakı Ali Neft Məktəbinin tərkibindəki Layihə İdarəetmə Məktəbində və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2007-2018-ci illərdə gənclər sektorunda beynəlxalq layihələrin və təşkilatların idarə olunmasında fəal iştirak etmişdir.
2020-ci il sentyabr ayının 15-dən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışır. 12 yanvar 2022-ci ildən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edir.

Struktur
Struktur
Brend kitabçası
document_image
136.5 КБ, DOC
01-10